Bu gün

Səudiyyə Ərəbistanında edamların sayı ilə bağlı yeni rekord

Səudiyyə Ərəbistanı bir il ərzində həyata keçirilən edamların sayına görə yeni rekorda imza atıb.

Təhlil.az xəbər verir ki, rəsmi məlumatlara əsasən, 2025-ci il ərzində ölkədə ümumilikdə 340 nəfər edam olunub.

Hökumət orqanlarının açıqlamasına əsasən, dekabrın 15-də daha üç nəfərin edam edilməsi ilə bu göstərici rəsmiləşib. İnsan haqları təşkilatları 1990-cı illərdən etibarən edamların statistikasını aparmağa başladıqdan sonra Səudiyyə Ərəbistanı ardıcıl ikinci ildir ki öz əvvəlki rekordunu yeniləyir. Qeyd edək ki, 2024-cü ildə ölkədə 338 edam həyata keçirilmişdi.

Məlumata görə, 2025-ci ildə icra olunan edamların 232-si narkotiklə əlaqəli cinayətlər üzrə olub. Bu isə 2024-cü ildə eyni səbəbdən edam edilən 117 nəfərlə müqayisədə təxminən iki dəfə çoxdur.

Mövzu beynəlxalq insan haqları təşkilatları tərəfindən ciddi narahatlıqla izlənməkdə davam edir.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?