Bu gün
İlon Mask tarixdə sərvəti 600 milyard dolları keçən ilk şəxs olub

Amerikalı sahibkar və iş adamı İlon Mask tarixdə sərvəti 600 milyard dollar həddini keçən ilk şəxs olub.
Təhlil.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Maskın sərvəti 168 milyard dollar artaraq təxminən 677 milyard dollara çatıb və bununla da yeni tarixi rekord müəyyən edilib.
“Forbes” qeyd edir ki, İlon Mask hazırda tarixdə sərvəti 600 milyard dollardan çox olan ilk şəxsdir. İndiyədək heç bir milyarder 500 milyard dollarlıq sərvət həddini aşa bilməmişdi.
Bu gün