Bu gün
Zelenski: "Ukrayna ABŞ ilə danışıqlarda ərazi məsələsi üzrə razılığa gələ bilməyib"

Ukrayna ABŞ ilə Berlində aparılan danışıqlarda ərazi məsələsi üzrə razılığa gələ bilməyib.
Təhlil.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Fridrix Merts ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Prezidentin sözlərinə görə, Ukrayna nümayəndə heyəti amerikalı tərəfdaşlarla danışıqları davam etdirir və nəticə əldə etmək üçün demək olar ki, gecə-gündüz işləyir.
Zelenski vurğulayıb ki, ərazi məsələsi danışıqlar prosesində ən mürəkkəb mövzulardan biri olaraq qalır.
Bu gün