Bu gün

Berlində ABŞ–Ukrayna danışıqlarının ikinci raundu başlayıb

ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Berlində dünən başlayan danışıqlar bu gün də davam edir.

Təhlil.az bu barədə etibarlı mənbənin “European Truth” nəşrinə verdiyi məlumata istinad edir.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski dünən bildirib ki, onun rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ tərəfi ilə danışıqları 5 saatdan çox davam edib.

Danışıqların detalları açıqlanmır, lakin prosesin intensiv və uzunmüddətli olduğu vurğulanır.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?