Bu gün

ABŞ prezidenti Vaşinqtonda dünyanın ən gözəl triumfal tağını - Tramp Tağını tikmək istəyir.

ABŞ prezidenti Donald Tramp Ağ Evin bal salonunun tikintisi ilə kifayətlənməmək qərarına gəlib: İndi o, Vaşinqtonda triumfal tağını tikməyi xəyal edir.

"Biz Zəfər Tağına bənzər bir tağ tikirik və onu Linkoln Memorialının qarşısındakı Arlinqton Qəbiristanlığında tikirik. Deyə bilərsiniz ki, orada Ceferson, Vaşinqton abidələri var, çünki hamısı bir-birinin yanındadır. Amma bu, xüsusi bir şeydir. Parisdəkinə bənzər olacaq, amma açığı, onu daha kiçik edəcək", - deyə Tramp bildirib.

Təhlil.az-ın məlumatına görə, Ağ Evdəki mənbə CNN-ə bildirib ki, tağın ideyası şəxsən Trampdan gəlib və prezident onun dizaynında hər mərhələdə iştirak edib.

CBS müxbirinin tağın kim üçün nəzərdə tutulduğu ilə bağlı sualına cavab olaraq Tramp "Mənim üçün. Çox gözəl olacaq", - deyib. Müxbir izahat istəyərək "Tramp Tağı?" – deyə soruşub. Prezident gülümsəyib və başını tərpədərək təsdiqləyib.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?