Bu gün

Sənaye və Texnologiya Kolleci və Milla Dairy MMC arasında əməkdaşlıq müqaviləsi bağlanıldı

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinin rəhbər heyəti və tələbələri Milla Dairy MMC müəssisəsində oldu.

Təhlil.az xəbər verir ki, ziyarət çərçivəsində onlar şirkətin fəaliyyət istiqamətləri, dəyərləri və missiyası barədə məlumatlandırıldı, həmçinin istehsalat prosesi ilə yaxından tanış oldular.

Görüşün sonunda Milla Dairy MMC-nin İdarə Heyətinin sədri Azər Vahab Zadə və Kollecin direktoru Nasim Abışov arasında əməkdaşlıq müqaviləsi imzalandı. Bu əməkdaşlıq 2026-cı ildən etibarən tələbələrin müəssisədə istehsalat təcrübəsinə cəlb edilməsini nəzərdə tutur.

İmzalanan tərəfdaşlıq ölkəmizdə yüksək ixtisaslı kadr potensialının inkişafına və qida sənayesində peşəkar hazırlığın gücləndirilməsinə mühüm töhfə verəcək.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?