Nazirlər Kabinetinin Milli Məclisə hesabat vermə vaxtı dəyişib

Nazirlər Kabinetinin Milli Məclisə hesabat vermə vaxtı dəyişib.
Təhlil.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “ Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Qanunda öz əksini tapıb.
Qanuna əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasinda Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verəcək.
Bu Konstitusiya Qanunu 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, mövcud qanunvericiliyə görə, Nazirlər Kabineti hər il Milli Məclisinin yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir.