Bu gün
Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək.
Təhlil.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.
Sərəncama əsasən, 2025-ci il sentyabrın 19-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş” təsdiq edilib.