Qvatemalada baş verən atışmada 13 nəfər həlak olub

Şəkil: AP
Prensa Libre xəbər verir ki, Qvatemalanın qərbindəki Solola departamentinin Nahuala bələdiyyəsində silahlı toqquşma zamanı 13 nəfər həlak olub.
Təhlil.az xəbər verir ki, toqquşma dekabrın 13-də Nahuala və Santa Katarina İxtakuan bələdiyyələri arasında mübahisəli sərhəd yaxınlığında baş verib. Bazar günü Nahuala şəhərinin mərkəzi parkında qurbanlarla vida mərasimi keçirilib. Qohumlarının və bələdiyyə orqanlarının məlumatına görə, qurbanların yaşları 14 ilə 70 arasında olub. Hakimiyyət orqanları hadisə ilə bağlı bir neçə nəzəriyyəni nəzərdən keçirir. Hökumətin əsas nəzəriyyəsi Nahuala və Santa Katarina-İxtakuan arasında uzun müddətdir davam edən ərazi mübahisəsi fonunda qanundan kənar fəaliyyət göstərən silahlı qrupların hücumudur. Hökumət əvvəllər bu münaqişədə mütəşəkkilcinayətkarlığın mümkün iştirakı barədə xəbərdarlıq etmişdi. İcma nümayəndələri öz növbələrində atışmanın qurbanlarının silahlı toqquşma baş verən ərazidən çıxa bilməyən yerli sakinlər olduğunu iddia edirlər.