15 dekabr

Zelenski NATO-ya üzvlük tələbindən imtina şərtini açıqlayıb

"Financial Times" qəzetinin məlumatına görə, Zelenski ABŞ və Avropadan təhlükəsizlik zəmanətləri müqabilində NATO üzvlüyü tələblərindən imtina etməyə hazır olduğunu bildirib.

Təhlil.az-ın nəşrə istinadla məlumatına görə, Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib ki, istənilən plan güzəştləri əhatə edəcək, lakin Kiyevin hələ də NATO-nun kollektiv müdafiə haqqında 5-ci maddəsinə bənzər şəkildə ABŞ və Avropadan zəmanətlərə ehtiyacı var:

"Biz Ukrayna və ABŞ arasında ikitərəfli zəmanətlərdən, yəni 5-ci maddəyə bənzər zəmanətlərdən, eləcə də Avropa tərəfdaşlarımızın, həmçinin Kanada, Yaponiya və digər ölkələrin bizim üçün təhlükəsizlik zəmanətlərindən danışırıq".

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?