15 dekabr

Polşa Prezidentinin Latviyaya səfəri zamanı diplomatik narazılıq yaşanıb

Polşa Prezidenti Karol Navrotskinin Latviyaya dövlət səfəri qalmaqalla başlayıb.

Təhlil.az xəbər verir ki, Polşa lideri üçün ayrılan və Riqa hava limanına gələn avtomobilin çirkli olması diqqət çəkib.

Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Matsey Veviorsun sözlərinə görə, yüksəkvəzifəli məmurlar üçün nəqliyyat ev sahibi ölkə tərəfindən təmin edilir.

Latviya tərəfi avtomobilin ani yağış səbəbindən çirkləndiyini və Riqa hava limanında avtomobilyuma məntəqəsinin olmadığını bildirib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?