Bu gün

Ölkədə sabaha gözlənilən hava şəraiti açıqlanıb

Dekabrın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Təhlil.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadla xəbər verir ki, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 faiz, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, qara keçəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?