Bu gün
Türkiyə vətəndaşları da Aİ ölkələrinə vizasız səfər edə biləcəklər

Avropa Birliyi diplomatı bildirib ki, Türkiyə vətəndaşları gələcəkdə Aİ ölkələrinə vizasız səyahət hüququ qazana bilərlər.
Təhlil.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Türkiyədəki Nümayəndəliyinin müvəqqəti işlər vəkili Vilçinskas açıqlama verib.
O bildirib ki, yaxın müddətdə vizaların verilmə prosesini sürətləndirəcək və prosedurları sadələşdirəcək mexanizmlər üzərində iş gedir.
Diplomat qeyd edib: “Bu hüquqa malik olmayan yeganə namizəd ölkə olaraq qalan Türkiyə vətəndaşları üçün vizasız səyahəti təmin etmək məqsədilə Türkiyə hakimiyyəti ilə əməkdaşlığa hazırıq”.
Onun sözlərinə görə, yeni viza sadələşdirilməsi həm gözləmə müddətini azaldacaq, həm də prosedurları daha əlçatan edəcək.