Dünən
Ərdoğan: “Türkiyə Ukraynada sülh yolu ilə həll üçün təşəbbüsləri dəstəkləməyə hazırdır”

Türkiyə Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün diplomatik təşəbbüsləri dəstəkləməyə hazırdır.
Təhlil.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda deyib.
"Biz şimal qonşularımız Rusiya və Ukrayna arasında müharibənin bitməsini ürəkdən arzulayırıq. Onlarla uzunmüddətli əlaqələrimiz və qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz var. Atəşkəs və sülhə yönəlmiş diplomatik təşəbbüslərə, ilk növbədə İstanbul prosesi çərçivəsində konkret dəstək verməyə hazırıq", - deyə Türkiyə lideri bildirib.
Dünən
Dünən