11 dekabr
Myanmada xəstəxanaya hücum nəticəsində azı 31 nəfər həlak olub

Myanmada hərbçilərin xəstəxanaya hücumu nəticəsində ən azı 31 nəfər həlak olub.
Təhlil.az xəbər verir ki, Banqladeşlə sərhəddə yerləşən Raxayn ştatının Mrauk-U şəhərindəki mərkəzi xəstəxanaya təyyarə ilə zərbə endirilib.
"Vəziyyət dəhşətlidir. Hazırda 31 nəfərin ölümünü təsdiq edə bilərik və bu rəqəmin artacağı gözlənilir. Həmçinin 68 yaralı var və onların da sayı artacaq", - hadisə yerində olan humanitar təşkilatın əməkdaşı bildirib.