11 dekabr

Paşinyan əmindir ki, Azərbaycan nümayəndə heyətləri yaxın gələcəkdə Ermənistana səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Azərbaycanla əlaqələr tezliklə daha da intensivləşəcək. Təhlil.az-ın məlumatına görə, Ermənistan hökumətinin rəhbəri bildirib:

"Bu il iki rəsmi nümayəndə heyətimiz artıq Azərbaycana yola düşüb. Həmçinin əminəm ki, Azərbaycan nümayəndə heyətləri yaxın gələcəkdə Ermənistana gələcək", - deyə o bildirib.

O, taxıl qatarlarının bu il Ermənistana Azərbaycan vasitəsilə daxil olduğunu xatırladıb.

"Mətbuatda neft məhsullarının idxalı məsələsinin də müzakirə olunduğunu oxudum. Bu, balanslaşdırılmış xarici siyasətdir və nəticədə uğur qazanmışıq. Niyə bu uğurdan imtina etməliyik? Biz bundan sonra da inkişaf etməliyik", - deyə Paşinyan vurğulayıb.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?