11 dekabr

Avropa liderləri Trampın “sülh planı” ilə bağlı Zelenski ilə görüşmək istəyir

Avropa liderləri qarşıdakı həftəsonu Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ nümayəndələri ilə “sülh planı” üzrə mühüm məqamları müzakirə etmək istəyirlər.

Təhlil.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

ABŞ lideri görüşə qatılıb-qatılmayacağı barədə dəqiq cavab verməyib:

“Biz vaxtımızı boş yerə sərf etmək istəmirik. Qərar Avropanın nə təklif edəcəyindən asılıdır”, – deyə o bildirib.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?