11 dekabr

Yaponiya və ABŞ birgə təlim keçirib

Vaşinqton və Tokio ABŞ-nin iki ədəd B-52 bombardmançı təyyarəsinin iştirakı ilə birgə təlim keçirib.

Təhlil.az xəbər verir ki, bu barədə Yaponiyanın Özünümüdafiə Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatında bildirilib.

Qeyd edilib ki, manevrlər Yapon dənizi üzərindəki səmada keçirilib.

Yaponiya tərəfindən təlimlərdə üç ədəd F-35 və üç ədəd F-15 qırıcısı iştirak edib.

Məlumata görə, təlimin məqsədi "status-kvonun güc vasitəsilə dəyişdirilməsinə imkan verməməyə dair qəti öhdəliyi" və "Yaponiya-ABŞ alyansının çəkindirmə və reaksiya vermə potensialının daha da gücləndirilməsinə hazırlığı" nümayiş etdirməkdir. 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?