Bu gün

Leyla Əliyeva Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda keçirilən “Müasir cəmiyyətdə qadınların rolu: Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın inkişafı” mövzusundakı beynəlxalq konfrans çərçivəsində dekabrın 10-da Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva ilə görüşüb.

Təhlil.az xəbər verir ki, görüş zamanı Azərbaycanla Özbəkistan arasında qarşılıqlı münasibətlər, o cümlədən Heydər Əliyev Fondu ilə Özbəkistanın “Zamin” Beynəlxalq İctimai Fondunun birgə əməkdaşlığının dövlətlərimizin yüksəksəviyyəli əlaqələrinə verdiyi töhfə vurğulanıb.

Türkmənistanda keçirilən beynəlxalq konfransın qadınların siyasi və iqtisadi həyata fəal cəlb olunmaları, çoxtərəfli dialoqun və tərəfdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb. Qadınların həyatımızın müxtəlif sahələrində, o cümlədən təhsil və səhiyyə sahələrindəki mövqelərinin gücləndirilməsinin davamlı inkişafın təmin edilməsi üçün vacibliyi qeyd olunub.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?