Bu gün

Simonyan: "Azərbaycan-Ermənistan sərhədinin daha bir hissəsi tezliklə demarkasiya ediləcək"

Yaxın gələcəkdə Azərbaycan-Ermənistan sərhədinin daha bir hissəsi demarkasiya ediləcək və bu proses gələn ilin birinci rübündə baş tuta bilər.

Təhlil.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan brifinqdə deyib.

"Biz və Azərbaycan tərəfi bəzi məsələlərdə tələsirik. Lakin proses davam edir və düşünürəm ki, yaxın gələcəkdə sərhədin bir hissəsini də demarkasiya edəcəyik", - o bildirib.

A.Simonyan söhbətin sərhədin hansı hissəsindən getdiyini dəqiqləşdirməyib.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?