Bu gün

Şalva Papuaşvili: Avropa "sivilizasiya uçurumunda" dayanır

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Aİ liderlərinin məsuliyyətsiz siyasəti Avropanı iqtisadi sabitliyin, mədəni kimliyin və Avropa ideyasının dəyər təməllərinin təhlükə altında olduğu "sivilizasiya uçurumuna" gətirib çıxarıb. Təhlil.az xəbər verir ki, o, Brüsselin artıq baş verənləri görməzdən gələ bilməyəcəyini və Tbilisinin uzun müddətdir vurğuladığı problemlərin artıq Aİ-nin əsas tərəfdaşı olan ABŞ tərəfindən qəbul edildiyini vurğulayıb. Papuaşvilinin sözlərinə görə, bu, Qərbin daxilindən gələn həyəcanverici bir siqnaldır və sistemli və dərin siyasi böhrana işarəedir.

Siyasətçi mövcud yanaşmaları yenidən nəzərdən keçirməyin vacibliyini vurğulayaraq Avropanı "oyanmağa" və aydın siyasi qərarlar qəbul etməyə çağırıb.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?