Bu gün
Simonyan Ermənistan nümayəndə heyətinin Bakıda keçiriləcək heç bir tədbirdə iştirakını istisna etmir

Ermənistan Parlamentinin sədri Alen Simonyan Ermənistan nümayəndə heyətinin Bakıda planlaşdırılan heç bir tədbirdə iştirakını istisna etmir. Təhlil.az xəbər verir ki, o bildirib:
"Heç bir regional formatda iştirakdan imtina etməyin düzgün qərar olduğunu düşünmürəm. Güman edirəm ki, İstanbulda keçiriləcək Parlamentlərarası Birlik konfransı çərçivəsində mənimlə Azərbaycan Parlamentinin sədri arasında əlaqələr olacaq".
Onun sözlərinə görə, genişləndirilmiş formatda əlaqələrin qurulmasının məqsədəuyğunluğu ilə bağlı müzakirələr davam edəcək. "Bu dəfə, istənilən beynəlxalq kontekstdən kənarda, qərarımıza əsasən", - deyə Ermənistan Parlamentinin sədri yekunlaşdırıb.
Bu gün
Bu gün
Bu gün