10 dekabr
ABŞ-nin qırıcı təyyarələri Venesuela hava məkanıyaxınlığında uçuşlar keçirib

Dekabrın 9-da ABŞ-nin iki "F/A-18F Super Hornet" qırıcı təyyarəsi Venesuela hava məkanı yaxınlığında uçuşlar keçirib. Təhlil.az xəbər verir ki, bu barədə "Flightradar24" aviasiya resursu məlumat yayıb.
Karib dənizində Amerika təyyarədaşıyan gəmisi "USS Gerald Ford"dan havaya qalxan qırıcı təyyarələr Qolfo de Venesuela körfəzindəki 12 millik dəniz zonasının xaricində təxminən 10-15 kilometr məsafədə uzun müddət uçuşlar həyata keçiriblər. Lakin təyyarələr Venesuela hava məkanını pozmayıb.
Dünən
Dünən