10 dekabr

Paşinyan: Ermənistan bu gün Türkiyə ilə Azərbaycana öz ərazisindən tranzitə icazə verməyə hazırdır

Ermənistanın Baş naziri Paşinyan bildirib ki, Ermənistan bu gün Türkiyə ilə Azərbaycan arasında malların öz ərazisindən tranzitinə icazə verməyə hazırdır. Təhlil.az xəbər verir ki, o, bu qərarın ölkələr arasında əlaqələrin bərpası və regionda sülhün möhkəmləndirilməsi istiqamətində mühüm addım olduğunu qeyd edərək, bu cür tədbirlərin uzunmüddətli dinc birgəyaşayış üçün təməl yaratdığını vurğulayıb.

Berlində Almaniya Xarici Əlaqələr Şurası tərəfindən təşkil edilən "Ermənistanın sülhün, regional əlaqənin və Aİ ilə münasibətlərin institusionallaşdırılmasına yanaşmaları" mövzusunda panel müzakirəsindəki çıxışında Paşinyan həmçinin Azərbaycanın öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri bu yaxınlarda aradan qaldırmasını təqdir edib və bunu Yerevan üçün tarixi hadisə adlandırıb.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?