10 dekabr

Mədəniyyət naziri: Azərbaycan mədəniyyəti tarix boyu xalqımızın bütövlüyünü təmin edib

Azərbaycan müxtəlif və zəngin mədəniyyətlərin qovuşduğu bir məkan kimi çoxəsrlik tarixi ərzində insan ləyaqətinə hörmət, azadlıq, bərabərlik və milli kimlik kimi dəyərlərə əsaslanan, multikultural ənənələri özündə birləşdirən milli mədəniyyət formalaşdırıb.

Təhlil.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bunu dekabrın 10-da Heydər Əliyev Mərkəzində keçirilən "Mədəniyyət və Hüquq: Müasir Çağırışlar" adlı elmi-praktik forumda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Azərbaycan mədəniyyəti tarix boyu xalqımızın birliyinin, bütövlüyünün və çağdaş dövrdə qüdrətli, müasir dövlətə çevrilməsinin əsas şərtlərindən biri olub. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdə Azərbaycan xalqının milli mədəniyyətinin xüsusi rolu bunu bir daha təsdiqləyir.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?