10 dekabr
Avstraliyada 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadə etməsi qadağan edildi

Avstraliya 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadə etməsini qanunvericilik səviyyəsində qadağan edən ilk ölkə olub.
Təhlil.az xəbər verir ki, yeni qaydaya əsasən, "Facebook", "Instagram" və "TikTok" da daxil olmaqla əsas platformalar yetkinlik yaşına çatmayan istifadəçilərin hesablarını silməyə məcburdurlar.
Tələblərə əməl etməməyə görə cərimələr 74 milyon Avstraliya dollarına (49 milyon ABŞ dolları) qədər çata bilər. "X" istisna olmaqla, bütün servislər bu tələbləri yerinə yetirməyə hazır olduqlarını bildiriblər.
Dünən
Dünən