Saqqızla bağlı məşhur mif puç oldu

"Udulmuş saqqızın bədəndə 7 il qalması barədə deyilənlər mifdən başqa bir şey deyil".
Təhlil.az xəbər verir ki, bunu həkim-qastroenteroloq Anastasiya Qostrous deyib. O bildirib:
“Uşaqlıqdan eşitdiyimiz "Saqqız mədədə yeddi il qalır" sözləri mifdir. Saqqızın əsas maddəsi həzm olunmayan elastik materialdır. Amma bu o demək deyil ki, o bədəndə qalır. Mədə və bağırsaqlar peristaltik hərəkətlərlə qidaları irəli itələyir. Həzm olunmayan maddələr, məsələn tərəvəz lifləri 1-3 gün ərzində bədəndən çıxır. Eyni vəziyyət saqqız üçün də keçərlidir”.
Buna baxmayaraq həkim saqqızudan şəxslərə xəbərdarlıq edərək deyib ki, tez-tez və çox saqqız udulduqda ,onlar liflər və digər qidalarla birləşərək bağırsaqda tıxanıqlıq yarada bilər.
"Uşaqlar əsas risk qrupudur. Onlar saqqızı daha çox çeynəyir və prosesi tam anlamırlar. Valideynlər diqqətli olmalı və uşaqlara "saqqız çeynəyirik, udmuruq" qaydasını izah etməlidir. Alternativ olaraq həll olan şirniyyatlar seçilə bilər", - həkim qeyd edib.