10 dekabr

Kamboca Tailanda zərbə endirdi

Kamboca qüvvələrinin Tailandın sərhədyanı Surin əyalətində yerləşən xəstəxananı BM-21 "Qrad" yaylım atəşi sistemlərindən atəşə tutması nəticəsində təxliyə əməliyyatı həyata keçirilib.

Təhlil.az xəbər verir ki, bu barədə Tailand Quru Qoşunlarının ikinci hərbi dairəsi sosial şəbəkələrdə məlumat yayıb.

"Dekabrın 10-da saat 8:40-da Kamboca qüvvələrinin BM-21 "Qrad" yaylım atəşi sistemlərindən atdığı raketlər Phanom Donqrak xəstəxanası ərazisinə və ətraf ərazilərə düşüb. Ümumilikdə altı mərmi atılıb", - məlumatda qeyd olunur.

Eyni zamanda, "Thai PBS"in məlumatına görə, Tailand-Kamboca sərhədində baş verən toqquşmalar nəticəsində 10 xəstəxana və 180 rayon xəstəxanası müvəqqəti olaraq bağlanıb.

Bundan başqa, 7 əyalətdə sığınacaqlar açılıb və orada 190 mindən çox insan yerləşdirilib.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?