10 dekabr
Zelenski: “Ukraynanın hazırda Krımı qaytarmağa gücü çatmır”

Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərlə söhbətində ölkənin mövcud hərbi və maliyyə imkanlarının Krımı geri almağa kifayət etmədiyini etiraf edib.
Təhlil.az xəbər verir ki, Ukrayna prezidenti açıqlamasında deyib: “Bəli, bu gün bizim buna gücümüz yoxdur. Bunun üçün kifayət qədər dəstəyimiz də yoxdur”.
Bu arada, ABŞ prezidenti Donald Tramp yenidən coğrafiya səhvi ilə diqqət çəkib.
O, müsahibəsində Krımı “ürək” adlandırıb və yarımadanın guya “dörd tərəfdən okeanla əhatələndiyini” iddia edib.
Tramp həmçinin Krımın “materiklə kiçik bir bərzəxlə birləşdiyini” və “ən yaxşı hava şəraitinə malik olduğunu” söyləyib.
Dünən
Dünən