Bu gün

Ermənistan “Tramp Marşrutu” üçün ABŞ ilə birgə şirkət yaradır

Ermənistanın baş naziri Nikol Paşinyan açıqlayıb ki, “TRIPP Company” adlı Ermənistan–ABŞ birgə müəssisəsi rəsmi şəkildə qeydiyyata alınacaq.

Təhlil.az xəbər verir ki, yeni şirkət dəmir yolları, avtomobil yolları, neft-qaz kəmərləri və fiber-optik xətlər üzrə infrastrukturun inkişafı ilə məşğul olacaq.

Paşinyan bildirib ki, gələn il layihənin praktiki icrasına və tikinti mərhələsinə start veriləcək.

Onun sözlərinə görə, “Tramp Marşrutu”, eləcə də Ermənistan–Türkiyə arasında mümkün nəqliyyat əlaqələri Orta Dəhlizin mühüm hissəsinə çevrilə bilər və Avropa–Cənubi Qafqaz–Orta Asiya arasında fasiləsiz bağlantı yaradacaq.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?