10 dekabr
ABŞ və Türkiyə F-35 və S-400 məsələsində yeni danışıqlara başlayıb

ABŞ Türkiyənin F-35 proqramına qayıtması və Rusiyanın S-400 hava hücumundan müdafiə sisteminə sahib olması ilə bağlı danışıqları davam etdirir.
Təhlil.az xəbər verir ki, ABŞ qanunlarına görə, F-35 proqramına qayıtmaq üçün Türkiyə əməliyyatları dayandırmalı və artıq S-400 sisteminə sahib olmamalıdır.
Barrakın sözlərinə görə, Prezident Tramp və Prezident Ərdoğan arasındakı müsbət münasibətlər yeni əməkdaşlıq atmosferi yaratmış və son on ildə bu məsələ ilə bağlı ən konstruktiv dialoqa imkan vermişdir.
ABŞ ümid edir ki, bu danışıqlar qarşıdakı aylarda həm ABŞ-nin, həm də Türkiyənin təhlükəsizlik ehtiyaclarını ödəyəcək bir irəliləyişə səbəb olacaq.
Dünən
Dünən