Dünən
Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı yekun hesabatı nə vaxt yayımlayacağını açıqlayıb

Qazaxıstan iki xarici laboratoriyanın araşdırma nəticələrini gözləyir və onlardan sonra Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı yekun hesabatı dərc edəcək.
Təhlil.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.
ICAO qaydalarına görə, hava qəzasının təhqiqatı üzrə yekun hesabat hadisənin baş verməsindən sonra 12 ay ərzində yayımlanmalıdır.
Qeyd edək ki, ötən ilin 25 dekabrında baş verən qəzada 38 sərnişin və ekipaj üzvü həlak olub, 29 nəfər isə xəsarət alıb.
Dünən