Dünən

İlon Mask Avropa İttifaqı rəhbərliyini tənqid edib

İlon Mask Avropa İttifaqı rəhbərliyini tənqid edərək, Avropa Komissiyasının üzvlərini Avropanı məhv etməkdə günahlandırıb.

Təhlil.az xəbər verir ki, o, “X” sosial media platformasında yazıb: "Aİ komissarları Avropanı öldürməkdə məsuliyyət daşıyırlar".

Bu açıqlama onun avqustun 2-də İrlandiyaya və bir neçə digər ölkəyə Aİ-dən çıxmağı düşünmək barədə əvvəlki çağırışlarından irəli gəlir. O, İttifaqın öz missiyasını itirdiyini və indi yalnız Avropa ölkələri vətəndaşları tərəfindən müəyyən edilməli olan proseslərə müdaxilə etməklə "Avropada demokratiyanı məhv etdiyini" iddia edib.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?