09 dekabr

ABŞ Ukraynaya dəstəyini azalda bilər

"Politico"nun məlumatına görə, ABŞ Ukraynaya dəstəyini azaltmaqla bağlı xəbərdarlıq edib.

Vaşinqton G7 maliyyə nazirlərinin görüşündə əvvəlki administrasiya dövründə 2024-cü ildə razılaşdırılmış kredit ödənildikdən sonra Kiyevə yardımı azaldacağını açıqlayıb. Təhlil.az-ın məlumatına görə, G7 həmçinin bildirib ki, qanuni tələblərə uyğun olaraq dondurulmuş Rusiya aktivlərinin mümkün istifadəsi də daxil olmaqla maliyyələşdirmə variantlarını araşdırmağa davam edirlər.

Nəşrin məlumatına görə, yeni yardım olmadan Ukrayna aprel ayından etibarən dövlət xərclərini azaltmaq məcburiyyətində qalacaq: büdcə kəsiri 71,7 milyard avro qiymətləndirilir.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?