09 dekabr

Tramp Meksikanı yeni rüsumlarla hədələyib

ABŞ Prezidenti Donald Tramp Meksikanın su təchizatı müqaviləsini pozması səbəbindən ona qarşı 5% həcmində rüsum tətbiq edəcəyini açıqlayıb.

Təhlil.az xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

"Hazırda Meksika (ABŞ-nin sorğularına - red.) cavab vermir və bu, zəruri suya ehtiyacı olan amerikalı fermerlərə qarşı ədalətsizlikdir. Buna görə də, əgər su dərhal təmin olunmazsa, Meksikaya 5 faizlik tarif tətbiq etməyə imkan verən sənədləri hazırlamışam", - deyə Tramp yazıb.

"The Washington Post" qəzeti daha əvvəl yazmışdı ki, Meksika özü də quraqlıqdan əziyyət çəkdiyi üçün "ABŞ-yə su tədarükünü həyata keçirməyə müqavimət göstərərək" müqavilənin şərtlərini onilliklər boyu pozub.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?