09 dekabr

Türkiyədən 578 min suriyalı qaçqın vətənlərinə qayıdıb

8 dekabr 2024-cü ildə Əsəd rejiminin devrilməsindən ötən bir il ərzində 578.000 suriyalı qaçqın Türkiyədən öz ölkəsinə qayıdıb.

Təhlil.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial mediada bildirib.

Onun sözlərinə görə, bu proses sadəcə bir qayıdış hərəkatı deyil, həm də yaxşı qonşuluq münasibətlərinin bərpası deməkdir.

"Könüllü qayıdış prosesi boyunca suriyalı qardaşlarımız və bacılarımızla birlikdəyik", - deyə Yerlikaya vurğulayıb.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?