08 dekabr
Bundestaq Leninin adını daşıyan küçələrin dəyişdirilməsini tələb etdi

Almaniya Bundestaqının bir qrup deputatı Şərqi Almaniyanın bir neçə şəhərində hələ də Lenin və digər SED rəhbərlərinin adını daşıyan küçələrin mövcudluğunu tənqid edərək onların adlarının dəyişdirilməsini tələb edib.
Təhlil.az xəbər verir ki, keçmiş Şərqi Almaniya ərazisində ondan çox küçə hələ də Leninin adını daşıyır. Deputatlar bunun keçmiş diktaturanın təbliğatı kimi qəbul olunduğunu bildirirlər.
Bundestaqın diktatura qurbanları üzrə komissarı Eveline Zupke qeyd edib ki, Almaniyada “Lenin, Otto Grotevohl və ya Vilhelm Piek küçələrinin adları olmamalıdır”, çünki bu şəxslər “minlərlə qurbanın əzabını təmsil edir”.
Lakin bir sıra şəhər və qəsəbələrin yerli hakimiyyət orqanları bu qərara qarşı çıxır və məsələ məhkəmələrdə müzakirə olunur.
Bu gün
Bu gün
Bu gün