08 dekabr
Kavelaşvili: “Gürcüstan kənardan gələn təlimatlara tabe olmadığı üçün cəzalandırılır”

Gürcüstanın sabiq deputatı Mixeil Kavelaşvili BBC-nin Daxili İşlər Nazirliyinin 2024-cü ildə etirazçılara qarşı qadağan olunmuş “kamit” kimyəvi maddəsindən istifadə etməsi ilə bağlı hazırladığı reportaja münasibət bildirib.
Təhlil.az xəbər verir ki, Kavelaşvili həmin materialı ölkədə mənfi ictimai ab-hava yaratmağa yönəlmiş, üçüncü prezident Mixeil Saakaşvili dövründəki kampaniyaları xatırladan hədəflənmiş dezinformasiya əməliyyatının bir hissəsi kimi qiymətləndirib.
Onun iddiasına görə, yayılan ittihamların səbəbi Gürcüstan hakimiyyətinin “kənardan gələn təlimatları yerinə yetirməkdən imtina etməsidir”. Kavelaşvili bunu sözdə “Dərin Dövlət”in Gürcüstana qarşı qisas tədbiri kimi səciyyələndirib.
Dünən