08 dekabr

Paşinyan kilsələrdə dövlət atributlarının yerləşdirilməsini təklif etdi

Ermənistan Baş naziri Nikol Paşinyan ölkədəki kilsələrdə dövlət atributlarının bayraq və himnin istifadəsi ilə bağlı yeni təşəbbüs irəli sürüb.

Təhlil.az xəbər verir ki, Paşinyan sosial şəbəkədə yazdığı açıqlamada kilsə girişində və ya daxildə dövlət bayrağının yerləşdirilməsi, eləcə də ibadətdən əvvəl Ermənistan dövlət himninin səsləndirilməsinin müzakirəyə çıxarılmasının vacibliyini bildirib.

Baş nazir qeyd edib ki, bu praktika bir sıra ölkələrdə tətbiq olunur və Ermənistan üçün də belə bir addımın mümkünlüyü nəzərdən keçirilə bilər.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?