Dünən
Danışıqları nəticəsiz qaldı: ABŞ və Ukrayna irəliləyiş əldə etmədi

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Ukrayna Baş Qərargahının rəhbəri Andrey Qnatovla Mayamidə iki gün ərzində davam edən danışıqları nəticəsiz olub.
Təhlil.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
ABŞ Dövlət Departamenti müzakirələrin "konstruktiv xarakter daşıdığını" bildirib. Nəşrin yazdığına görə isə "görüşlər pozitiv əhvalda keçsə də, bu, danışıqlarda ciddi irəliləyiş üçün impuls olduğuna işarə etmir".
Dünən
Dünən
05 dekabr