Dünən

Kamçatkada 5 bal gücündə zəlzələ olub

Rusiyanın Kamçatka diyarında 5 bal gücündə zəlzələ qeydə alınıb.

Təhlil.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının telegram kanalında məlumat verilib.

Zəlzələ Petropavlovsk-Kamçatskidən 179 km aralıda baş verib. Yeraltı təkanların ocağı 18,2 km dərinlikdə yerləşib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsinin məlumatına görə, son 24 saat ərzində bölgədə maqnitudası 3,7-4,8 arasında dəyişən altı yeraltı təkan qeydə alınıb ki, onlar da insanların məskunlaşdığı ərazilərdə hiss olunmayıb.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?