05 dekabr
Çində Makronların yolları ayrıldı: Brijit pandalara baxır, Emmanuel isə Si ilə danışıqlar aparır

Fransanın birinci ledisi Brijit Makron Çində rəsmi səfərin son gününü Çendu şəhərindəki panda mərkəzində keçirib.
Təhlil.az xəbər verir ki, bu vaxt Emmanuel Makron isə Çin lideri Si Cinpin və birinci ledi Penq Liyuan ilə birlikdə Dutçzanyan bəndini ziyarət edib və tərəflər arasında iqtisadi və siyasi razılaşmaların müzakirəsi davam etdirilib.
Səfər zamanı Paris və Pekin arasında bir sıra müqavilələr imzalanıb, o cümlədən ticarət və Ukrayna ilə bağlı sülh təşəbbüsləri gündəmdə olub.
Makronu bu səfərdə Fransanın ən böyük şirkətlərinin rəhbərləri müşayiət edir — bu da Parisin Pekinlə iqtisadi əməkdaşlığa xüsusi önəm verdiyini göstərir.
Dünən
Dünən
05 dekabr