05 dekabr
Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Salyanda məktəbdə tüstüdən zəhərlənən şagirdlərin sayı 18 nəfərə çatıb.
Təhlil.az bu barədə "Report"a istinadla xəbər verir.
Bildirilib ki, Yuxarı Noxudlu kənd məktəbində tüstüdən zəhərlənmə diaqnozu ilə daha dörd şagird Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
"Dekabrın 5-də Salyan Rayon Mərkəzi Xəstəxanasın 17 nəfər (13 qadın, 4 kişi) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub. Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 8 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir", - məlumatda vurğulanıb.
Faktla bağlı araşdırma aparılır.
Bu gün