05 dekabr

Vaşinqton ABŞ-yə girişlə bağlı yeni qaydalar tətbiq edə bilər

ABŞ-yə giriş 30-dan çox ölkənin vətəndaşı üçün qadağan oluna və ya məhdudlaşdırıla bilər.

Təhlil.az xəbər verir ki, bu barədə ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem “Fox News” telekanalının efirində bildirib.

“Dəqiq sayı deməyəcəm, amma 30-dan çoxdur. Əgər həmin ölkələrdə sabit hökumət yoxdursa, əgər onlar bizə ABŞ-yə daxil olmaq istəyən insanların kim olduğunu və onların yoxlanmasına necə kömək edə biləcəklərini izah edə bilmirlərsə, onda niyə biz həmin ölkələrin vətəndaşlarını Amerika Birləşmiş Ştatlarına buraxmalıyıq?” - deyə o bildirib.

Yerli medianın məlumatına görə, Vaşinqton ABŞ-yə girişin qadağan edildiyi və ya məhdudlaşdırıldığı ölkələrin siyahısını 19-dan 32-yə qədər genişləndirməyi nəzərdən keçirir.

Bundan əvvəl K.Noem vətəndaşları milli təhlükəsizlik üçün daha çox təhdid yaradan ölkələrə ABŞ-yə tam giriş qadağasının tətbiq edilməsini təklif etmişdi. Bu açıqlamalar ötən həftə ABŞ Milli Qvardiyasının hərbçilərinə edilən hücumdan sonra səsləndirilmişdi.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?