05 dekabr

İstehlakçılara qaytarılan ƏDV-nin məbləği açıqlanıb

Bu ilin yanvar–noyabr aylarında Azərbaycanda pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestr konserti üzrə xidmətlərə, həmçinin tibb müəssisələri və özəl tibbi praktikalar tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 172 milyon 323,4 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Təhlil.az xəbər verir ki, məlumatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yayıb.

Hesabat dövründə xarici vətəndaşların ölkə ərazisində fərdi istehlak üçün aldıqları mallara görə dövlət büdcəsindən qaytarılan “tax free” ƏDV məbləği isə 9 milyon 819,7 min manat təşkil edib.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?