05 dekabr

Zelenskinin təyyarəsini naməlum dronlar təqib edib

İrlandiyaya səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsinin dörd naməlum pilotsuz uçuş aparatı tərəfindən təqib edildiyi bildirilir.

Təhlil.az xəbər verir ki, Zelenskinin təyyarəsi təhlükəsizlik səbəbindən planlaşdırılandan daha tez Dublin aeroportuna eniş edib.

Ardınca naməlum dronlar Ukrayna liderinin səfəri ilə əlaqədar gizli şəkildə İrlandiya dənizinə göndərilmiş İrlandiya Hərbi Dəniz Qüvvələrinin gəmisi üzərində dövrə vurublar.

Mənbələr bildiriblər ki, dronlar Dublinin şimal-şərqindən havaya qalxıb, iki saata yaxın havada qalıb. Həmin PUA-ların kim tərəfindən buraxıldığı və idarə olunduğu hələlik məlum deyil.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?