Dünən

Türkiyə Qara dənizdəki təhlükəsizliklə bağlı açıqlama yaydı

Türkiyə Qara dənizdəki təhlükəsizliklə bağlı açıqlama yayıb.

Təhlil.az xəbər verir ki, məlumatı "Haber Global" ölkənin Müdafiə Nazirliyinə istinadən yayıb.

Açıqlamada deyilir ki, müharibə ilə bağlı təhlükələr Türkiyəni müəyyən addımlar atmağa vadar edir, onların qarşısını almaq üçün "dayanıqlı sülh vacibdir".

Qurum Yunanıstanın bəzi rəsmilərinin "gərginliyi artıran addım və açıqlamalarının beynəlxalq anlaşmalara zidd və reallıqdan uzaq" olduğuna, iki ölkə arasında münasibətlərə ziyan vurduğuna diqqət çəkir.

"Türk Silahlı Qüvvələri özünə təhlükə yaratmayan heç kim üçün təhlükə deyil. Amma ölkəmizə yönələn hər cür təhdidi aradan qaldıracaq güc və qətiyyətdəyik", - deyə açıqlamada bildirilir.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?