Dünən
Türkiyədən Rusiya və Ukraynaya çağırış: Enerji infrastrukturu müharibədən kənarda qalmalıdır

Türkiyə Rusiyanı və Ukraynanı enerji obyektlərini müharibəyə cəlb etməməyə səsləyib.
Təhlil.az xəbər verir ki, Energetika naziri Alparslan Bayraktar deyib: “Ümid edirik ki, bu dəhşətli müharibə tezliklə bitəcək. Amma Rusiya və Ukraynaya çağırış edirik ki, enerji infrastrukturunu müharibəyə qarışdırmasınlar”.
Nazir vurğulayıb ki, enerji axınlarının fasiləsizliyi təmin edilməlidir.
Xüsusilə də Qazaxıstan neftinin 80%-dən çoxunun daşındığı CPC marşrutunun təhlükəsizliyi vacibdir.