Dünən

Murad Muradov: “ATƏT-in Minsk qrupu üçüncü və son ölümünü yaşadı” - AÇIQLAMA

ATƏT-in Minsk qrupunun bir neçə gün əvvəl ləğv edilməsindən sonra demək olar ki, bu institut özünün üçüncü və son ölümünü yaşadı.

Bu fikirləri təhlil.az saytına Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov açıqlamasında bildirib.

O bildirib ki, ATƏT-in Minsk qrupu üçün ilk ölüm 44 günlük Vətən müharibəsi başa çatan kimi baş vermişdi:

“Həmin vaxt Minsk qrupu prosesdən kənarda qaldı və bu vasitəçilik platformasının Qarabağ münaqişəsinin tənzimlənməsində hər hansı rol oynamaq qabiliyyətini itirdiyi tam şəkildə görünməyə başladı”.

Ekspert söyləyib ki, ATƏT-in Minsk qrupu üçün ikinci ölüm Bakı və İrəvanın onların buraxılması ilə əlaqədar qərar qəbul edilərkən baş verdi:

“Hazırda isə onlar üçün üçüncü ölüm yaşanır, qurum rəsmi şəkildə ləğv edildi və biz köhnə formatların sıradan çıxmasını müşahidə edirik. Bu da onu deməyə əsas verir ki, yeni reallıqlara gec uyğunlaşan tərəflər uduzmuş, yeni status-kvoya daha tez uyğunlaşmağa çalışan ölkələr isə qazanmış olacaqlar”.

M. Muradov həmçinin Ermənistanda Baş nazir Nikol Paşinyan ilə katolikos II Qaregin arasında müşahidə olunan qarşıdurma ilə bağlı da fikirlərini bölüşüb.

“Məncə, Paşinyan bu istiqamətdə artıq çox şeyə nail olub. Yəni ilk növbədə kilsə və klerikal dairələrin Ermənistan hökumətinə qarşı vahid cəbhə şəklində birləşməsinin qarşısını ala bilib. Halbuki buna II Qaregin, Ermənistan müxalifəti, həm Rusiyada, həm də ABŞ-də Paşinyana qarşı çıxan qüvvələr ümid edirdi. Bu gün isə Ermənistanda bəzi dini xadimlər katolikosun istefasını tələb edirlər”.

Rasim Babayev 

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?