Dünən
Rusiya-NATO şurası ləğv edilib

NATO-nun Baş katibi Mark Rutte alyansın xarici işlər nazirlərinin iclasında Rusiya-NATO Şurasının ləğv edildiyini açıqlayıb. Təhlil.az xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski bildirib.
"Rusiya-NATO Şurası artıq mövcud deyil. Rusiya-NATO Təsis Qanunu da yoxdur", - Sikorski qeyd edib. O bildirib ki, Varşava uzun müddətdir bu qərarı gözləyirdi.
"Bu gün biz Rusiyaya qarşı Avropa təhlükəsizliyini yaradırıq və bu, öz institusional ifadəsini tapıb", - nazir vurğulayıb.